“Məscid yox, məktəb tikin!”

“Məscid yox, məktəb tikin!”
  27 May 2013    Oxunub:1294
Yunanıstanın ultra-sağ Milli Cəbhəsinin üzvləri hökumətin məscid tikmək planına etiraz ediblər.
AzVision.az Aljazeera-yə istinadən məlumat verir ki, Yunanıstan hökuməti iqtisadi böhran çərçivəsində məscidin tikilməsi üçün 1,3 milyon dollar məbləğ ayırıb. Məscidin tikilməsi növbəti il üçün planlaşdırılır.

Etirazçılar Yunanıstan bayraqları ilə küçəyə çıxaraq “biz şəriət istəmirik, Ortodoks istəyirik. Pulu məscidə deyil, məktəb tikməyə xərcləyin!” şüarları səsləndiriblər. Onların sözlərinə görə, ölkəyə işləməyə gələn immiqrantların dini ehtiyacı məscid tikilməsi üçün əsas olmamalıdır, xüsusilə gərgin iqtisadi böhran yaşayarkən bu qəbuledilməzdir.

Afina yeganə paytaxtdır ki, burada rəsmi islam məscidi və qəbiristanlığı yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti