Nazirlər prezidentlərin görüşünə hazırlaşır

Nazirlər prezidentlərin görüşünə hazırlaşır
  27 May 2013    Oxunub:1267
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri prezidentlərin görüşü üçün hazırlıq işləri ilə məşğuldurlar.
“Azərbaycan və Ermənistanın xarici işlər nazirləri hər iki ölkənin prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə keçiriləcək görüşün təşkili ilə məşğuldurlar”. ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov İrəvana səfəri zamanı Azadlıq radiosuna verdiyi müsahibəsində belə bir bəyanatla çıxış edib. Bu barədə AzVision.az erməni mətbuatına istinadən xəbər verir.

“Bildiyiniz kimi Parisdə danışıqlar aparılıb. Biz Krakovda da görüşmüşük. Bütün bunlar Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə nail olmağa yönəldilib. Buna baxmayaraq, görüşlə bağlı razılıq əldə olunmayıb”-deyə rusiyalı həmsədr sözlərinə əlavə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti