Prezident hərbi gəmiləri gizlətdi

Prezident hərbi gəmiləri gizlətdi
  27 May 2013    Oxunub:1816
Şimali Koreyanın prezidenti Kim Çen In ölkəyə məxsus hərbi gəmiləri görünən zonadan gizlətməyi əmr edib.
AzVision.az xarici mətbuata istinadən verdiyi məlumata görə, əmrin verilməsinə, Koreya Xalq Demokratik Respublikasının hərbi dəniz qüvvələrinin yoxlanılması zamanı dövlət başçısı açıq sahələrdə bir neçə hərbi gəmini görməsi səbəb olub.

Kim Çen Inin sözlərinə görə, gəmilərin göz önündə olması yolverilməzdir, çünki düşmənlər Şimali Koreyanın gəmilərini və digər hərbi texnikalarının yerdəyişməsini daim izləyirlər. Həmçinin o, bütün hərbi müəssisələrə döyüşə hazır vəziyyətdə olmağı əmr edib.

AzVision.az


Teqlər:





Xəbər lenti