Magistrlara xəbərdarlıq: `Vaxt artırılmayacaq`
Onun sözlərinə görə, yaxın iki gün ərzində “Magistratura” jurnalı da çap olunacaq və jurnalda qəbul planı, digər məlumatlar yer alacaq.
“İxtisas seçiminə 7375 nəfər buraxılıb. Mayın 7-dən 12-ə qədər ixtisas seçimi aparılacaq. Bu il cədvəlimiz çox mürəkkəb olduğuna görə, magistratura üzrə ixtisas seçimində vaxt artırılmayacaq. Bir daha magistr olmaq istəyənlərə xəbərdarlıq edirik. Vaxt itrirmədən ixtisas seçimi etsinlər. Onların hamısının internetə qoşulmaq imkanı olduğuna inanırıq, ona görə də problem olmamalıdır”.