Suriyadan qaçan həmyerlilərimiz Moskvadadır

Suriyadan qaçan həmyerlilərimiz Moskvadadır
  29 May 2013    Oxunub:1376
Suriyanı tərk etmək məcburiyyətində qalan Azərbaycan vətəndaşları Rusiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən Moskvaya çatdırılıb.
MDB ölkələrinin 128 vətəndaşını daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus İL-62 təyyarəsi Moskvanın Domodedovo aeroportunda yerə enib.

Suriyanı tərk edən 128 nəfərdən 80-nin Rusiya , qalanlarının Ukrayna, Moldova, Belarus,Tacikistan və Azərbaycan vətəndaşları olduğu bildirilir.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Suriyanı tərk edənlər arasında 70 uşaq var.

Artıq bir ildən çoxdur ki, Suriya sakinləri vətəndaş müharibəsinə görə əziyyət çəkirlər. Onların əksəriyyəti müharibənin çətinliklərindən yaxa qurtarmaq üçün xarici ölkələrə üz tuturlar. Qeyd edək ki, 2011-ci ilin Martından bu yana 80 mindən çox suriyalı Bəşər Əsəd tərəfdarları ilə müxalifət arasında davan edən silahlı qarşıdurmaların qurbanı olub.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti