Pensiyalar 1 günə təyin ediləcək

Pensiyalar 1 günə təyin ediləcək
  29 May 2013    Oxunub:1330
Ölkə Prezidenti əmək pensiyalarının təyin edilməsi müddətilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, əmək pensiyasının təyin edilməsi üçün müraciət edən vətəndaşın iş stajını arxiv arayışı əsasında müəyyən etmək mümkün olduqda həmin vətəndaşa 1 gün ərzində pensiya təyin ediləcək.

İş stajına dair arxiv arayışı təqdim edilmədikdə pensiya qanunla müəyyən edilmiş sənədlər yoxlanılmaqla 10 gün müddətində təyin ediləcək. Beləliklə əmək pensiyasını vətəndaş ərizə verdiyi gün təyin etmək mümkün olacaq.

Qeyd edək ki, son zamanlar vətəndaşlara daha keyfiyyətli və qısa zamanda xidmətlərin göstərilməsi məqsədi ilə bir sıra xidmətlərin müddətləri maksimum şəkildə qısaldılıb. Bundan əvvəl şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi müddətlərinin də qısaldılması barədə xəbər vermişdik.

Xatırladaq ki, bu xidmətlər Bakıda və Sumqayıtda fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində həyata keçirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti