Bu yollar bağlanır

Bu yollar bağlanır
  01 İyun 2015    Oxunub:1479
Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
“Azəryolservis” ASC-dən AzVision.az-a verilən məlumata görə, bu gün saat 22:00-dan səhər saatlarınadək Yasamal rayonu İnşaatçılar prospekti və Landau küçəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.


Teqlər:





Xəbər lenti