MN-nin cinayətdə adı hallanan idarə rəisi vəzifəsindən azad edilib

   MN-nin cinayətdə adı hallanan idarə rəisi vəzifəsindən azad edilib
  18 May 2024    Oxunub:1228
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov vəzifəsindən azad edilib.
AzVision.az "unikal.az"a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov bu barədə əmr imzalayıb.

Nəriman Cabbarov sözügedən idarənin hazırda həbsdə olan sabiq rəisi general-mayor Nizami Məmmədovdan sonra bir müddət həmin vəzifəni icra edib və nazirin əmri ilə rəis təyin olunub.

MN-dəki 143 milyonluq cinayət işində Nəriman Cabbarovun da adı hallanıb və polkovnik məhkəmədə şahid qismində dindirilib.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti