Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29-la bağlı görüş keçirib - FOTOLAR

   Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29-la bağlı görüş keçirib -    FOTOLAR
  18 May 2024    Oxunub:1105
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-yə səfəri çərçivəsində bu ölkənin Sülh İnstitutunda COP29, regional və qlobal məsələlərlə bağlı müzakirələr aparıb.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

"Görüşdə xüsusi iştirakçılarla Azərbaycan və ABŞ arasındakı ikitərəfli münasibətlər, əməkdaşlığımızın daha da təşviqi, Azərbaycanın COP29, iqlim və yaşıl həmrəklik gündəliyi kimi daha qlobal və yeni xarici siyasəti, Mərkəzi Asiya, Azərbaycan barədə vahid geosiyasi və geoiqtisadi mühit kimi, eləcə də regional əməkdaşlığın artırılması, Orta Dəhliz, Xəzər-Qara Dəniz yenilənəbilən dəhliz layihəsi, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması və sülh gündəliyində irəliləyiş, Cənubi Qafqaz regionunun transformasiyası və inteqrasiyası və s. məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq", - prezidentin köməkçisi bildirib.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan   ABŞ   COP29  





Xəbər lenti