Avtobuslarla bağlı daha bir yenilik -Video
Nəqliyyat Nazirliyi onu da açıqlayıb ki, əgər ehtiyac yaranarsa, o zaman əlavə avtobuslar da xəttə buraxılacaq.
“Qərb istiqamətindən şəhərə daxil olan avtobuslara gəlincə, hazırda bu istiqamətdə - 124, 195, 197 və 146 saylı maşrut avtobusları fəaliyyət göstəriri. Belə ki, 124 saylıda 18, 195 saylıda 9, 197 və 146 saylıda hər birində 8 ədəd olmaqla ümumilikdə 45 avtobus xəttə sərnişinlərə xidmət göstəriri”, – deyə nəqliyyat nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib.