Prezident İraqdan gələn nazirlə görüşdü

Prezident İraqdan gələn nazirlə görüşdü
  02 İyun 2015    Oxunub:1246
Prezident İlham Əliyev İraqın neft naziri Adil Əbdülmehdinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az-ın xəbərinə görə, dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Prezident əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. O, enerji sahəsində əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb.

Ölkəsinin Azərbaycanla dost münasibətdə olduğunu deyən İraqın neft naziri Adil Əbdülmehdi isə əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən neft-qaz və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib.

Görüşdə Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İraqın Neft Nazirliyi arasında imzalanan memorandumun energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi qeyd olunub.


Teqlər:  





Xəbər lenti