Nazirlik 116 həkimi işə götürdü

Nazirlik 116 həkimi işə götürdü
  02 İyun 2015    Oxunub:1220
Səhiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı mayın 18-dən 21-dək keçirdiyi müsahibələrin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müsahibələrdə iştirak edən 130 nəfər həkimdən 116-sı uğur qazanıb.

Müsahibələrdən müvəffəqiyyətlə keçmiş həkimlər iş yerlərinə göndərişləri iyunun 3-də Səhiyyə Nazirliyinin “Elektron səhiyyə” xidmətindən ala bilərlər.


Teqlər:





Xəbər lenti