QHT mafiyasının kart oyunu

QHT mafiyasının kart oyunu
  06 İyun 2015    Oxunub:7402
Sahib Məmmədov

Avropada mütəşəkkil QHT mafiyası təsir dairəsini genişləndirməkdədir. Böyük pullar əldə etdikdən sonra onlar əvvəlcə ölkələrdə yeni nəsil “hüquq müdafiəçiləri” becərdilər. İndi isə nüfuzlu beynəlxalq təşkilatların insan hüquqları sahəsində çalışan məsul şəxslərinin bir qismini təsir dairələrinə daxil edə biliblər.


Yol çox sadədir. Onlara yüksək qonorar ödənilir. Avropda leqal şəkildə bunu etmək mümükün deyil. Bu vəzifəli şəxslər rəsmi qaydada hansısa QHT-dən qonorar ala bilməzlər.

Ona görə də bəzi Avropa QHT-ləri keçmiş Sovet İttifaqı respublikalarında becərdikləri “hüquq müdafiəçiləri”nin adına şəxsi bank hesabları açdırırlar. Hər şəxs öz ölkəsində belə hesablar açır. Sonra o hesablara pullar köçürülür. Həmin hesablarda olan vəsaitlər plastik kartlar vaitəsilə Avropa ölkələrində nağdlaşdırılır. Plastik kartlar bir çox hallarda sahibində olmur.

Elementar araşdırmalar aparılsa, müəyyən etmək mümükün olar ki, kart sahibləri öz ölkələrində olduqları vaxtlarda belə, onların plastik kartları ilə Avropa ölkələrində əməliyyatlar aparılıb və aparılır.

Nağdlaşdırılan pullardan yuxarıda adlarını çəkdiyim muzdlu diplomatlara qonorarlar ödənilir. Qurban isə sonda kart sahibləri olurlar. Mexanizm bu qədər sadədir.

İndi Azərbaycan üzərindən belə əməliyyatlar aparmaq çətinləşib. Amma əvəzində xeyli Azərbaycan vətəndaşının adına üçüncü ölkələrdə belə hesablar açılıb. Yəni proses əvvəlki qaydada davam edir. Bir az da sürəkli.

Hazır olun. Biz hələ çox “üçlüklərin” müraciətlərini oxumalı olacağıq.


Teqlər:  





Xəbər lenti