Azərbaycanda 16 məhbus əlaçı çıxdı
Həmin gün eyni zamanda Ədliyyə Naziriliyi Penitensiar xidmətinin tabeliyindəki 1, 2, 7, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində də buraxılış imtahanları keçirilib.
Həmin müəssisələrdə fəaliyyət göstərən 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərində təhsil alan 9 və 12-ci sinif şagirdləri (156 nəfər ) ümumi qaydada imtahan vermişlər.
Həmin şagirdlərdən 16 nəfəri buraxılış imtahanında yaxşı nəticə əldə edərək bir və ya bir neçə fənndən “4” və “5” qiyməti alıblar.
Azvision.az
Teqlər: