Xalidə Xalidin oğlu: “Anamın təhvil verilməsinə inanmıram”

Xalidə Xalidin oğlu: “Anamın təhvil verilməsinə inanmıram”
  03 İyun 2013    Oxunub:1230
“İran tərəfi səylərin baş tutmasına imkan vermir”
“ Onun Azərbaycana təhvil verilmə xəbəri yalandır.İnanmıram. Təhvil verilsəydi, xəbərim olardı “ Bu sözləri AzVision.az-a açıqlamasında Xalidə Xalidin oğlu Xalid Məmmədli deyib.

O,bildirib ki, yeni heç bir məlumat yoxdur : “ Anamla danışa bilməmişik. Mən də məlumatları mətbuatdan ala bilirəm. Səy göstəririk, amma İran tərəfi səylərin baş tutmasına imkan vermir. Hələ indiyənə kimi anamla danışa bilməmişəm. Hər gün həm Təbriz Konsulluğu, həm də Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıram. Deyirlər ki, narahat olmayın, proses gedir, tezliklə azad olunacaq. Biz də gözləyirik “

Qeyd edək ki,İranda həbs edilən Azərbaycan Milli Elmlər Akademiyasınını elmi işçisi, Şəhriyarşünas Xalidə Xalidin azadlığa buraxılma xəbəri yayılıb. Məlumata görə, Xalidə Xalid bu dəqiqələrdə Azərbaycan tərəfinə təhvil verilir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti