Luiziana Senatı Qarabağı tanıdı

Luiziana  Senatı Qarabağı  tanıdı
  04 İyun 2013    Oxunub:1735
Bununla da ABŞ-ın qondarma respublikanı tanıyan ştatlarının sayı 4-ə çatdı.
Luiziana Senatı Qondarma Qarabağın müstəqilliyini tanıyan qətnamə qəbul edib. Qətnamədə bildirilir ki, Senat ABŞ prezidenti və Konqresi “inkişaf etməkdə olan bu demokratik dövlətin müstəqilliyini, strateji cəhətdən mühüm bir region olaraq təhlükəsizlik məsələlərinin ədalətli və davamlı həlli yolu istiqamətində beynəlxalq ictimaiyyətlə səylərini birləşdirmək cəhdlərini” dəstəkləməyə çağırıb.

Həmçinin qeyd olunur ki, “Luiziananın Qanunverici Senatı “Dağlıq Qarabağ Respublikasının” azad və müstəqil bir cəmiyyətdə öz vətəndaşlarının hüquq və təhlükəsizliklərini, onların azad və müstəqil bir millət kimi inkişafını təmin etmək cəhdlərini dəstəkləyir və onu daha da həvəsləndirir”.

Qeyd edək ki, Luiziana, ABŞ-ın “Qarabağı” tanıyan 4-cü ştatıdır. Bundan əvvəl qondarma respublikanı Meyn, Massaçusets və Rod Aylənd Adaları tanıyıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti