Yayda tələbələr necə qazana bilər?

Yayda tələbələr necə qazana bilər?
  04 İyun 2013    Oxunub:2219
Yay gəldikdə tələbələr əlavə qazanc əldə etmək barədə düşünürlər. Çünki hər kəsə müvəqqəti işə düzəlmək nəsib olmur. Fırıldaqçılara rast gəlmədən iş tapmaq barədə “Germes” HR & Training Company şirkətinin baş direktoru Milana Rəhimovaya müraciət etdik.


- Milana xanım, yay aylarında tələbələr necə pul qazana bilər? Sizin fikrinizcə, hansı xidmət sahəsi onlar üçün daha münasibdir?

- Tələbələrə Azercell, Bakcell, Basf, BP kimi böyük şirkətlərin təşkil etdikləri yaya məktəblərinə qatılmağı tövsiyə edirəm. Bu şirkətlər tələbələrə uğurlu karyera qurmaq üçün təcrübə əldə etməyə imkan verir. Təəssüf ki, bu zaman onlara pul ödənilmir.

İngilis dili biliyi yüksək səviyyədə olan tələbələrin tərcümə sahəsində iş tapmaq şansı daha çoxdur. Xüsusi karyera iddiası olmayan tələbələr McDonalds, KFC və digər restoranlara iş üçün müraciət edə bilərlər.

- Bəs gənclərin (qızlar və oğlanlar) küçədə reklam paylaması və gördükləri işin mübabilində pullarını ala bilməməsi barədə nə deyə bilərsiniz?

- İstənilən vətəndaş anlamalıdır ki, müqaviləsiz iş görmək olmaz. Nəticədə işi görənlərə pul ödənilməyə bilər. Belə vəziyyətdə Əmək müfəttişliyinə müraciət etmək lazımdır. Əgər kütləvi müraciət edilərsə, şirkət cərimələnə bilər.

- Qısa müddətə gənclər necə işi tapa bilər?

- Aktiv gənclərin çoxu həmişə arzu etdikləri işi tapırlar. Lakin rəsmi statistikaya görə, Bakıda normal iş tapmaq o qədər də asan deyil.

Balifa Baxşıyeva
AzVision.az



Teqlər:  





Xəbər lenti