Qərb mediası Azərbaycanı niyə `vurur`? – Ukraynalı politoloqdan cavab

Qərb mediası Azərbaycanı niyə `vurur`? – Ukraynalı politoloqdan cavab
  29 İyun 2015    Oxunub:4552
Ukraynanın politcom.org.ua saytında politoloq Nikolay Semenyuranın “Qərb mediası Azərbaycanı niyə vurur və ya, idmanı necə siyasətə çevirdilər?” adlı yazısı dərc olunub. AzVision.az qısa ixtisarla həmin yazını təqdim edir.

“Bu ilin iyun ayının 12-də Azərbaycanın paytaxtı Bakıda keçirilən ilk Avropa Oyunları qitə tarixində əhəmiyyətli hadisə olmalı və parlaq idman yarışları kimi yadda qalmalı idi. Lakin 2015-ci ilin əvvəlindən Qərbin məşhur KİV-ləri Azərbaycana qarşı sistemli və davamlı kampaniya başladıblar. Onlar bunu müxtəlif səbəblərlə izah edirdilər: Kimlərsə Azərbaycanı insan haqlarını pozmaqda, kimlərsə Avropa siyasi strukturları ilə kifayət qədər əməkdaşlıq etməməkdə, kimlərsə siyasi məhbusların olmasında ittiham etdi.

Lakin heç kim bu ölkənin enerji təhlükəsizliyi məsələsində Qərbin əsas tərəfdaşlarından biri olduğunu xatırlamadı. Heç kimi bu ölkənin torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal edildiyini və onun bir milyondan çox vətəndaşının qaçqın statusunda yaşadığını xatırlamadı.

Qərbin Azərbaycanı qamçıladığı bir vaxtda qonşu Gürcüstan və Ermənistanda analoji vəziyyətə tamamilə göz yumması son dərəcə təəccüblüdür. Yeri gəlmişkən, son günlər Ermənistanda hakimiyyətdən narazılıq kütləvi narazılıq və polis zorakılığı səviyyəsinə qədər böyüyüb. Niyə baş verənlər Avropa KİV-inin səhifələrində anti-erməni təbliğatının predmeti olmur? Eyni səbəblərə görə Gürcüstanda sabiq prezident Mixail Saakaşvilinin tərəfdarlarının təbiq olunması niyə unudulur? Niyə Qərb KİV-i Gürcüstana qarşı təşviqat alətlərini işə salmadı? Niyə təbii fəlakət nəticəsində Tbilisi zooparkından qaçan heyvanlar polis tərəfindən güllələndə hamı susmağa davam etdi? Azərbaycan nümunəsində isə dünya hamılıqla Bakıda `hakimiyyətin laqeydliyi ilə qarşılaşan yazıq heyvanlar`ın müdafiəsinə qalxdı?
Göründüyü kimi, suallar çoxdur, lakin Qərb tərəfindən hələ ki onlara ədalətli və səmərəli cavablar yoxdur.

Bəs bunun səbəbi nədir? Bəlkə səbəb Azərbaycanın geosiyasi oyunçuların `böyük oyun`unda alət olmaq istəməməsindədir? Bəlkə də Azərbaycan prezidenti İlham Əliyevin xarici siyasətdə müstəqil və balanslı siyasəti Qərb və Rusiyanın ürəyincə deyil? Azərbaycanın balanslaşdırılmış siyasəti nəyinki ona regionda öz mövqelərini möhkəmləndirməyə, hətta Rusiyanın ekspansiyasına və Qərbin Bakını Avrasiyanın burulğanlı proseslərinə cəlb etmək cəhdlərinə qarşı durmağa imkan verir”.

Sonda Nikolay Semenyura qeyd edir ki, əfsuslar, bəzi Ukrayna KİV-i və siyasətçiləri özləri də hiss etmədən bu anti-Azərbaycan kampaniyasına qoşulurlar: “Lakin onlar bir çox Ukrayna KİV-nin həmin Avropa Oyunlarının tədbirlərinin təşkil olunmasına cəlb olunduğunu unudurlar. İqtisadi problemlər şəraitində bu, Ukrayna vətəndaşları üçün əhəmiyyətli dəstək idi. Azərbaycan beynəlxalq təşkilatların əksəriyyətində, ən çətin günlərdə sözdə yox, əməldə Ukraynanı dəstəkləyib. Bəli, geosiyasi məsələlər var, lakin ümumilikdə Bakının Ukrayna ilə bağlı siyasəti dəyişməz olaraq qalır”.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti