ABŞ kəşfiyyatı interneti izləyir

ABŞ kəşfiyyatı interneti izləyir
  07 İyun 2013    Oxunub:1282
ABŞ hakimiyyəti internetin izlənməsi üçün xüsusi proqramının mövcudluğunu etiraf edir və bildirir ki, bu, terrorizmlə mübarizə aparmaq üçün lazımdır. Bu barədə “Politico” qəzeti Obama adminstrasiyasında çalışan yüksək vəzifəli mənbələrə dayanaraq məlumat yayıb.
"Bu proqram çərçivəsində toplanmış məlumat - biz yığdığımız ən əhəmiyyətli və qiymətli kəşfiyyat məlumatları arasındadır və ondan bizim millətimizi təhlükələrdən qorumaq üçün istifadə olunur", - deyə yüksək vəzifəli mənbə bildirib.
Bundan əvvəl Guardian və Washington Post qəzetləri yazmışdılar ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi və Federal Təhqiqatlar Bürosu aparıcı internet-şirkətlərin mərkəzi serverlərinə birbaşa daxil ola bilir. Həçm şirktlərin sırasına Microsoft, Yahoo, Google, Facebook, PalTalk, AOL, Skype, YouTube, Apple kimi nəhənglər daxildir.

Bu şirkətlərdən informasiyanın alınması xüsusi hazırlanmış prosedurlar və ehtiyac olanda gizli məhkəmə icazəsi yolu ilə baş verir. Bu yol ilə xarci dövlətlərin də vətəndaşları izlənilir(“RİA Novosti”).

“Guardian” qəzetinin yazdığına görə, ABŞ kəşfiyyatı mobil operatorların xəttlərini də dinləmək imkanına malikdir.

ABŞ-ın bir sıra təşkilatları bunun “insan hüquq və azadlıqlarına misli görünməmiş müdaxilə” olduğunu bəyan ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti