2 milyard 911 milyon 239 min manat büdcəyə daxil olub

 2 milyard 911 milyon 239 min manat büdcəyə daxil olub
  11 İyun 2013    Oxunub:1341
2013-cü ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 2 milyard 911 milyon 239 min manat vəsait daxil olub.
Vergilər nazirliyinin Analitik-informasiya şöbəsindən AzVision.az-a verilən məlumata görə, 2013-cü ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2 milyard 911 milyon 239 min manat təşkil edib. Bu məbləğin 42,6 faizi mənfəət vergisinin, 22 faizi əlavə dəyər vergisinin, 11,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,4 faizi aksizlərin, 16,8 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 494 milyon 642,1 min manat vəsait daxil olub.

Yanvar-may aylarında respublika üzrə 34 min 901 vergi ödəyicisi, o cümlədən elektron qaydada 24 min 821 (71,1 faiz) vergi ödəyicisi qeydiyyata alınıb. 1 iyun 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 512 min 114 olub.

2013-cü ilin yanvar-may ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,1 faiz təşkil edib.

AzVision.az




Teqlər:





Xəbər lenti