Eşşəklə tarix yazmaq istəyən xalq

Eşşəklə tarix yazmaq istəyən xalq
  01 Sentyabr 2015    Oxunub:8852
Ermənilər hər il Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində, Cıdır düzündə ənənəvi "Qarabağ korridası" adlı uzunqulaq yürüşü keçirirlər və hər il pul yığıb dünyanın məhşur adamlarına boyunəti olaraq, onları bu yarışa, yəni erməni dığalarının necə məharətlə eşşək çapmalarına baxmağa dəvət edirlər.

Türk xalqının dilində ironik anlamda işlədilən "Erməni qan gördü" deyimi var və bu deyim ən çox barmağı azca çərtiləndə, burnundan qan açılanda çığır-bağır salan, ağlağan uşaqları məzəmmət etmək üçün işlədilir. Yəni türklər hələ uşaq vaxtlarından balalarına aşılayırlar ki, qandan qorxub vay-şivən salmaq ayıbdır və bu, yalnız ermənilərə xas əlamətdir. Doğrudan da, ermənilərin qan görəndə ilan görən kürt toyuq kimi hay-həşir salması Rumdan Şamacan bütün el-aləmə agahdır. Tipik bir misal: üç-dörd il bundan əvvəl qəzet səhifələrində ağzını köndələn qoyub türk xalqı haqqında hərzə-hədyan yazan Hrant Dink adlı dığanı türklər vurub xosunvay elədilər və bütün erməni xalqı diasporalı-zadlı tumanlarını başlarına çəkdilər ki, eşşəyimiz ölüb, başı da qızıldan. (Bu eşşək söhbətini yadınızda saxlayın.) Halbuki əlində qələm yox, silah tutan Dinkkimilər təkcə Xocalı şəhərində rus əsgərlərinə arxalanıb - ilanın zəhər verəni kərtənkələdir - yüzlərlə günahsız azərbaycanlı körpəni güllələmişdilər, gözlərini deşmişdilər. Nədənsə Dinkin arıq cəsədini "soyqırım" kimi görən xristian dünyasının eynəkli gözləri, Xocalıda türk ailələrinin soyqırımını, heç olmasa, adi cinayət hadisəsi kimi də görmək istəmədi.

Erməni camaatının Qafqazda xoruzlanmaqlarının arxasında hansı gücün və hansı niyyətin dayandığını I Pyotrun vəsiyyətnaməsini oxuyan hər kəs bilir. I Pyotr Qafqazda yalnız ermənilərin ələbaxan, boyunduruğa meyilli, "Fatı qalx, Fatı otur" təfəkkürlü rəiyyət xalq olduğunu söyləyərək rusların gələcək nəsillərinə bu regiondakı məqsədlərinə yalnız ermənilərin əliylə nail ola biləcəklərini və buna görə onlardan göz-qulaq olmağı vəsiyyət etmişdi. Rus çarının ermənilərə verdiyi xarakteristika bu günəcən özünü doğruldur və Rusiyada kimin, hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, erməni xalqı həmişə bu dövlətin Qafqaza zəncirlədiyi lemurlar rolunu oynayır. (Lemurlar - Poma mifologiyasına görə, ölmüş pis, xain adamların bədniyyət ruhları, yaxud kölgələridir).

Sirr deyil ki, ruslar bu rəzil lemurları daha çox türk kökənli xalqlara qarşı qısqırtmaq üçün bəsləyirlər və bu siyasətin çox qədim zamanlara gedib çıxan köklərini hələ də ruslara aid olduğu şübhə doğuran XII əsrdə yazılmış "İqor alayı haqqında dastan"da daha aydın görmək olar. Dastanı oxuyanlar yaxşı bilirlər ki, türk tayfaları vaxtilə slavyanları necə qorxu altında saxlayırmışlar.

Ümumiyyətlə, dünyada bir çox xalqların heyvanların təbii bacarıqları hesabına yarışkeçirmə ənənələri mövcuddur və bu heyvan yarışları, əksər hallarda, yarışı keçirən xalqın xarakterinə, tarixinə, milli-adət ənənələrinə uyğun tərzdə keçirilir. Yəni xalq bu yarışlarla, bir növ, özünün hansısa qabarıq cəhətini, tarixi uğurunu, hansısa milli-mental keyfiyyətlərini unudulmağa qoymur, yada salır, kutlayır. Məsələn, ispanlar gözü qızmış öküzlərlə əylənərək bütün dünyaya necə temperamentli, ölümlə çiling-ağac oynamaqdan qorxmayan bir xalq olduqlarını nümayiş etdirirlər. Hind camaatı hər il nəhəng filləri bəzəyərək meydana çıxarır və özlərinin cürbəcür yaşıbilinməz milli rituallarını qeyd edirlər. Türk xalqları fatehliyin rəmzi kimi hər il cıdırlar, çövkan oyunları təşkil edirlər və s. Maraqlıdır, bəs görəsən, erməni xalqının uzunqulaqla hansı tarixi, milli-mənəvi, xarakterik yaxınlığı var ki, hər il "eşşək korridası" adlı yarışa yığışırlar? Olmaya dağarcıqlarını tay yanına sürümək istəyirlər?

Oxumuş adamlar uzunqulaqla ermənilərin dini bağlılığı olduğunu düşünə bilərlər, çünki rəvayətlərə görə, xristian peyğəmbəri İsa öz dinini yaymaq üçün şəhərdən-şəhərə, eldən-elə gedərkən azuqə heybəsini həmişə bir uzunqulağa şələləyərmiş. Ancaq bu versiya inandırıcı deyil, belə ki, ermənilər inanc məsələsində də özlərini digər xristian xalqlarından ayrı tutmuş və xristianlığı erməniləşdirərək bu dinin nəzdində xudmani bir Qriqoryan kilsəsi yaradaraq ora doluşmuşlar. Mənim şəxsi mülahizəm isə belədir; bu xalqın tarix boyu dalı bir yerdə tikiş tutmadığı üçün şələsi həmişə belində olmuşdur və heç bir xalqla adam balası kimi yola gedə bilməməklərinin ağır yükünü həmişə köç zamanı zavallı uzunqulaqlar çəkmişdir. Yəni bu xalqın tarix boyu yol yoldaşı eşşək olmuşdur: həm qovulanda, həm də üzüsulu əkilib aradan çıxanda. Ermənilər hara köçmüşlərsə, öz eşşək(lik)lərini də ora aparmışlar. İndi hələ ki, işğalda saxladıqları Qarabağada gözətçilik, rus demiş, "çuçelo"luq edən dığalar bu torpaqları da öz eşşəkləri ilə dırnaqdan çıxarmaq eşqiylə "uzunqulaq korridası" keçirirlər. Halbuki Qarabağ həmişə bütün dünyada eşşəkləri ilə deyil, atları ilə məhşur olmuşdur.

Bu gün də bu xalqın bir başbiləni yoxdur ki, desin: "Ara, bu eşşəkləri korridada-zadda çapıb yormayın, sabah yenidən köçəsi olsaq, onların da yükünü öz belimizə şələləməli olacağıq".

Kirpi.info


Teqlər:





Xəbər lenti