Qurbanlıq olan “Həci”

Qurbanlıq olan “Həci”
  01 Oktyabr 2015    Oxunub:5796
Həcc ziyarəti bitdi.
Lakin bu Həcc ziyarəti Məkkədə baş verən hadisilər nəticəsində digərlərindən fərqləndi. Belə ki, öncə kran aşdı, daha sonra yanğın sonuncu dəfə isə basabasda 800-dən çox insan həlak oldu. Məkkədə Həcc ziyarəti zamanı bu cür hadisələr baş verir. Lakin ölü sayına görə, rekord vurdu. Hadisələrin baş verməsi ətrafına müxtəlif fikirlər səsləndi. Bütün fikirlərin isə özünəmxsus doğruluğu var.



Çünki, hər bir yalanda müəyyən qədər doğruluq olduğu kimi. Müqəddəs torpaqlarda qurban kəsmək istəyən zəvvarlar özü qurbanlıq oldu.
Dindarlar arasında deyilir ki, Həccdə ölən şəxslərin məkanı cənnətlikdir. Ancaq bu cür ölüm zəvvara yaraşarmı? Kran altında qalmaq və ayaq altında qalaraq can vermək. Ölən zəvvarların cəsədlərini yerdən necə yığılması da mətbuatda geniş işıqlandırıldı. Bu şəkillərə baxaraq əmin olmaq olar ki, ölənlər dinə uyğun basdırlmayıb. Zibil maşını ilə yığılan cəsəd “moyka”da yuyular yəqin. Fikrmicə öz əcəli ilə namaz başında dünyasını dəyişmək daha savab olardı. Həmçinin Məkkədə anti-sanitar vəziyyətin bərbad olması neçə illərdi ki, təkrarlanır. Lakin ərəblər yalnız cibi düşünür.

Digər tərəfdən bunu Allahın qəzəbi də hesab edənlər var. Səbəb: Ərəb ölkələrində baş verən “Baharın” əsl səbəbkarı kimi müsəlmanların daha doğrusu BƏƏ-nin olmasıdır. Hamıya məlumdur ki, müsəlmanların başında qılınc tutanlar vaxtında islamın məhv olması üçün cihad edən torpağın yetirmələdir. Başqa nüans Həcci ziyarətinin arxasında maddiyyatın olmasıdır. Bu və ya digər şəxslər Həccə dəfələrlə getsə də bu niyyətdən kənar qalan şəxslərin sayı milyonlarladır. Çünki, minimum 4000 manat lazımdır ki, o torpaqları görəsən. Hələ, orada xərclənək pulları hesablamıram.



Ziyarətgahın da özü artıq maliyyə mənbəyinə çevrilib. Milyonlar qazanan ərəbələr şeytana atılan daşdan da pul çıxardır. Bu da dinimizdə qəbul edilməzdir. Nəfsinə qurban gedən müsəlman daha çox fəsadlar törədəcək.

Siyasi tərəflərinə gəlincə.. Burada İranın əlinin olması şübhəsi Qərb mediasının gündəminə gəldi. Guya İran zəvvarları geri qaydıraraq şeytana daş atmaq zəvvarlar arasında basabas yaradıb. Nəticədə bu faciə baş verib. Təbbi ki, bu inanadırıcı görünmür. Çünki, Qərbin sözünü yerə salmayan ərəblər təbii ki, İranı suçlamaqla qəzəbli baxışların istiqamət bucağını dəyişmək istəyir. Eyni zamanda rəsmi Tehran ölənlərin sayının 5 minin ötdüyünü desə də ərəblər bu xəbəri təkzib etdi. Lakin sonra 4700 zəvvarın öldüyün bəyan elədi. Bütün bunlara baxmayaraq yaranan faciənin əsl səbəbkarı bilinsə də “cujoy paxmel” mühafizəçilər getdi. 28 nəfər edam ediləcək.



Bütün hallarda Allahına inanıb gündə beş dəfə namaz qılan (və ya üç dəfə )şəxslərin ən böyük istəyi Həci adını qazanmaqdır.Bu vacib əməldir. Bu əməli əlində pul qazanmaq kimi istifadə edib cibini dolduranlar hazırda Aralıq dənizində ölənlərin baiskarıdır. Bu dünyada heç nə cəzasız qalmır. Milyardı olan şəxsi belə Əzrail mələyinin əlindən heç nə xilas edə bilmir. Necə ki, iki həftə əvvəl baş verən hadisə kimi.
Odur ki, dini baxışlarından asılı olmayaraq insan gərək əqidəsinin bakirələyindən mərhum olmaya. Olsa artıq naməhrəm olacaq.

Allah Həccdə dünyasını dəyişənlərin o biri dünyada yerini versin. Əgər bu dünyada qazanıblarsa.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti