Suriya: Xaosun gizli oyunçular və örtülü səbəbləri – TƏHLİL

Suriya: Xaosun gizli oyunçular və örtülü səbəbləri – TƏHLİL
  16 Oktyabr 2015    Oxunub:8747
Suriya məsələsi dünyanın gündəmindən düşmür. Dünyanın iki nəhəng ölkəsi Suriyada baş-başa gəldilər. Vəziyyət soyuq savaş illərini xatırlatmağa başlayır...

Doğrudanmı, Qərbin Bəşər Əsədə gücü çatmırdı? Yoxsa məsələ başqadır? Amerika İraqı işğal etdikdən sonra şimalında Şimalı İraq Kürd muxtariyyatını yaratdı.Təbii ki, bu addım Amerikanın bölgədə əsaslı şəkildə möhkəmlənməsinə hesablanmışdı. Paralel olaraq, PKK “Barış Süreci”, “Silahı buraxırıq” kimi şüarlarla Türkiyənin başının altına yastıq qoydu. Hökümət isə buna səssizcə tamaşa edirdi. PKK-nın dediyi sözlərə inanan Türk xalqı 30 ildir mübarizə apardığı terrorçuların əsas məqsədlərinin nə olduğunu unutdu. PKK-nın məqsədi isə dağlakı silahlıları şəhərlərə köçürmək, Türkiyənin daxili ab-havasını yaxından araşdırmaq, Ərbil hərbi bazasında təlim keçmiş kürd terrorçuları T.C. kimliyi altında xalq arasına soxmaq idi. 3 milyona yaxın Suriya qaçqını da, əlbəttə ki, Türkiyədə sabitliyə xidmət etmir...

Amerikanın oyunu

Amerika 2014-cü ildə Ərbildə hərbi bazasını yaratdı, 2015-ci ilin əvvəlindən başlayaraq, orada peşmərgələrə təlim keçməyə başladı. Daha sonra “İŞİD-ə qarşı savaş” adı altında sünni qüvvələrə 715 milyon dollar maliyə yardımı ayırmağı qərara aldı. Ərbil Hərbi Bazasında sözdə İŞİD-ə qarşı savaş üçün YPG (Suriya kürdləri), Peşmərgə (İraq kürdləri) və PKK (Türkiyə kürdləri) təlim keçirlər. Barak Obama özü etiraf etdi ki, Suriyada kürd terror qruplarına dəstək verirlər.

Amerika Ankara ilə birlikdə Türkiyə ərazisində “təlim-təchiz” (“eğit-donat”) proqramı hazırlayırdı. “Eğit-donat” proqramı anti-Əsəd qüvvələrinə amerikalı hərbiçilər tərəfindən təlim keçirilməsini nəzərdə tuturdu. Vaşinqton və Ankara təlim görmüş hərbiçilərin İŞİD-ə qarşı savaşacaqlarını deyirdilər. Amma Obama bu planın iflasa uğradığını bəyan etdi. Və Vaşinqton Ankaranın kürəyindən vurub, PKK-nın Suriya qolu olan YPG (Kürdlərin Suriyadakı Demoratik Birlik Partiyasının silahlı qruplaşması) ilə çalışacağını açıqladı.

Vaşinqton YPG ilə işbirliyi üçün PYD lideri Salih Müslim ilə Şimali İraq Kürd Muxtariyyatının prezidenti Məsud Bərzanini Ərbildə bir araya gətirdi. Arxasında 20 min silahlı kürd olan “Ceyş-ül-Aşair” (Aşirətlər Ordusu) və Amerika tərəfindən təlimləndirilmiş Azad Suriya Ordusu arasında hərbi bilrik gerçəkləşdirdi. Hədəfləri isə Əsədin devrilməsidir. Əgər Ankara ilə nəzərdə tutulan təlim-təchiz proqramı həyata keçirilsə idi, hədəfdə İŞİD yox, Bəşər Əsəd olacaqdı.

Amerika Şimali İraqda öz hərbi bazasını yaratdıqdan sonra sıranın Türkiyəyə gələcəyi və Adanadakı İncirlik hərbi Bazasını hökümətdən təhvil alacağı gözlənilən idi. ABŞ və NATO İncirlik bazası vasitəsilə bölgəyə nəzarətini gücləndirərək, anti-Əsəd terror qruplarına dəstəyini davam etdirəcək.



Türkiyənin ən böyük səhvi İŞİD-i yox, İraqdakı PKK-nı hədəf seçməsi idi. Amma o da var ki, Türkiyə İŞİD-i vura bilməzdi, çünki NATO-nun dəstəklədiyi terror qrupunu məhv etmək Türkiyə üçün heç də yaxşı olmazdı.

Kürd kartı

İstefada olan Türk generalı Nejat Eslen deyir: “Suriyada 1 milyon 700 min kürd yaşıyır. Bu say ilə kürdlərin Suriyanın şimalında yaratmaq istədikləri kürd koridorunu idarə etmək çətin olar. O zaman nə etmək lazımdır? Suriyanın şimalındakı kürdlərlə Türkiyənin cənubundakı kürdləri birləşdirmək! Cizrə bölgəsi Türkiyə-Suriya sərhədinin cənubunda yerləşir. Sərhədə çox yaxındır. Onun bir addım ötəsində isə Cəzirə kantonu var. Cizrə ilə Cəzirə arasındakı sərhədi götürmək, buranı keçid nöqtəsi etmək,PKK ilə PYD-ni görüşdürmək əsas məqsədlərdən biridir”.

Amerika və NATO Şərqdə Əsədə qarşı olan terror qrupları kartından istifadə edərək, sözdə İŞİD-ə qarşı mübarizə apardıqlarını bəyan etsələr də, bu, heç inandırıcı deyil. Vaşinqton təkcə Suryanın Kobani şəhərinə havadan hərbi müdaxilə edib. Bu, o demək deyil ki, Vaşinqton Kobanidə İŞİD hədəflərini vurdu. Amma burada da qaranlıq məqamlar var idi. Vaşinqton Kobanidə yaşayan suriyalı kürdlərin Türkiyəyə köç etməsini istəyirdi ki, bölgə boşalsın. Türkiyə bu plan üzündən 200 min suriyalı kürdü qəbul etmək zorunda qaldı.

Amerikanın istəyi nədir?! Türkiyənin cənubunda, İraqın və Suriyanın şimalında öz maraqlarına xidmət edən Kürd dövləti yaratmaq və Türkiyəni zəiflətməkdir.

Neft qo(r)xusu

Bərzani hakimiyyətinə yaxın olan Rüdaj xəbər agentinin yazdığına görə, PYD bir ildir Rojovanın (Suriyanın şimal-şərqində kürdlərin yaşadığı bölgə) Rimelan bölgəsindən Mosulun (İraqın Şimalı) Elyoka bölgəsinə neft göndərir. Daha sonra həmin neft Türkiyənin Ceyhan Limanı üzərindən ixrac edilir.

Amerikanın və Ankaranın bu oyunlarına səssiz qala bilməyən Rusiya Suriyada İŞİD-i hədəf seçərək, ölkəni bütün terror qruplarından təmizləməyə start verdi. Rusiaynın hədəfi Əsədi hakimiyyətdə saxlamaq, anti-Əsəd qüvvələrini məhv etmək və Amerikanın bölgədəki oyununu pozmaqdır.



Rusiyanın 1971-ci ildən Suriyanın Tartus bölgəsində hərbi dəniz bazası mövcuddur. 2005-ci ildə yenilənən müqaviləyə görə, Moskva uzun zaman hərbi bazadan istifadə etmək hüququ qazanıb.

Rusiya 7 sentyabrda ilk addımını atdı: mərmi dolu gəmini İstanbul Boğazından keçirdi. Gəmi sentyabrın 17-də Suriyaya çatdı. Bunu bilən Amerika NATO-nu hərəkətə gətirərək, Bolqarıstan və Türkiyə hava sahəsini ruslara bağlatdırdı.

Rusiya Suriyanın Lazkiyə bölgəsində hərbi hava bazası yaratmaq niyyətindədir. Bu bölgə Türkiyənin “güvənli bölgə” dediyi ərazidən 150-160 km. məsafədədir. Yəni Türkiyə üçün bu, böyük təhlükədir.

Qaz kəməri

2011-ci ilin iyul ayında İranın Buşəhr şəhərində İran-İraq-Suriya qaz boru xətti anlaşması imzalandı. 10 milyard dollara başa gələn və 3 il müddətində bitməli olan qaz boru xətti artıq hazır olmaq üzrədir. İranın Asaluye limanından çıxan qaz İraqın Diyala bölgəsi (Bağdata yaxın olan ərazi) üzərindən Suriyanın Tartus limanına və oradan da Aralıq Dənizi vasitəsilə Avropa bazarına çıxacaq. Hazırda baş verən hadisələr buradan qaynaqlanır.

Tartus Lazkiyə bölgəsinə daxildir. Lazkiyə bölgəsi Rusiyaya “məxsus” ərazidir. Rusuiyanın Tartus bölgəsində hərbi dəniz bazası var. Rusiyanın İŞİD-i vurmasının səbəblərindən biri də, terrorçu qrupun boru xəttinin keçəcəyi ərazidə, yəni, Lazkiyədə güclü olmasıdır. Rusiya həmin ərazini İŞİD-dən təmizləyir.



Qərb Rusiyadan qaz asıllığını azaltmaq istəyir. Amma Rusiya Suriyada boru xəttinə nəzarət edərsə, Qərbi özündən daha da aslı vəziyyətə salmağı bacaracaq.

Qərbi qorxudan nədir?

Təbii ki, Rusiyanın bu planları Qərbi xeyli qıcıqlandırır. NATO üzvü olan Türkiyə Rusiyanın Suriyaya hərbi müdaxiləsinin beynəlxalq hüquq normalarına zidd olduğunu bildirir. Qərb mediası da Rusiyanın hərbi müdaxiləsindən bərk narahatdır. Amma... gəlin, tarixə nəzər yetirək.

Amerika Əfqanistanı və İraqı işğal edəndə Qərb mediası səsini çıxarmadı. Amerikanın işğalı üzündən İraqda 1.5 milyon insan qətl edilərkən yenə səsləri çıxmırdı. Suriyada Amerikanın təlim verdiyi, Fransanın silahlandırdığı terror qruplarının törətdiyi qətliamlardan yazmırlar. Amma hər gün “Rusiya Suriyada mülki hədəfləri vurdu” başlıqlı xəbərlər yayırlar.

“Rusiya Türkmənləri vurur” deyə yalan xəbər yazanlar 2004-cü ildə Amerika Təlafərdə Türkmən qətliamı edəndə susurdular.
Rusiyanın müdaxiləsinə qarşı çıxanlar iki il öncə Amerika Suriyaya hücum etsin deyə bar-bar bağırırdılar.
Və ən əsası, Qərb mediası Amerikanın “Kürdüstan dövləti” yaratmaq, qardaş Türkiyənin bölmək planından da yazmır...


Seymur Süleymanov
AzVision.az üçün


Teqlər:





Xəbər lenti