136 nəfər könüllü olaraq qan verib

136 nəfər könüllü olaraq qan verib
  20 İyun 2013    Oxunub:1333
Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında 20 iyun 2013-cü il tarixində könüllü qanvermə aksiyası keçirilib.

Aksiya zamanı 136 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Aksiyalar davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti