İyul ayında hava necə olacaq?

İyul ayında hava necə olacaq?
  28 İyun 2013    Oxunub:2286
İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əksər rayonlarda normaya yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 21-25 dərəcə isti təşkil edəcək. Gündüzlər 29-34 dərəcə isti olacaq, bəzi günlərdə 35-39 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 2-3 mm) olacaq.


Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 25-28 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 17-22 dərəcə isti, bəzi günlərdə 25 dərəcəyədək yüksələcək. Gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 36-40 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-16 mm) olacaq.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 17-20 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 11-16 dərəcə isti təşkil edəcək. Gündüzlər 21-26 dərəcə isti olacaq, bəzi günlərdə 28-33 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 36-73 mm) olacaq.

Qazax-Gəncə, Goranboy, TərTər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperatur 24-27 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 18-23 dərəcə isti təşkil edəcək. Gündüzlər 29-34 dərəcə isti olacaq, bəzi günlərdə 35-38 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 10-32 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperatur 22-25 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 16-21 dərəcə isti təşkil edəcək. Gündüzlər 26-31 dərəcə isti olacaq, bəzi günlərdə 33-36 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək (norma 9-118 mm) olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 26-28 dərəcə isti gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr 19-24 dərəcə isti olacaq, bəzi günlərdə 26 dərəcəyədək isti təşkil edəcək. Gündüzlər 32-36 dərəcə isti olacaq, bəzi günlərdə 37-40 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 3-22 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 24-26 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 19-24 dərəcə isti təşkil edəcək. Gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 36-38 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-33 mm) olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti