Fransa Azərbaycanı belə təqdim etdi

Fransa Azərbaycanı belə təqdim etdi
  29 İyun 2013    Oxunub:1440
Fransanın ən böyük internet portalında Azərbaycanla bağlı məqalə dərc olunub
Fransanın ən böyük internet portalında “sudouest.frans”-da Azərbaycanla bağlı material dərc edilib. “Dünyəvi təcrübə” adlı məqalədə Azərbaycandakı dini tolerantlq mühitindən bəhs olunur.

“Sudouest.frans”-a müsahibə verən din xadimi Tareq Urbu Azərbaycandakı dini tolerantlığı yüksək qiymətləndirib. Urbu müsahibəsində qeyd edib ki, bu odlar diyarında müsəlman, xristian və yəhudilər dinc şəraitdə yaşayırlar. Ölkədə məscid, kilsə və sinaqoqlar azad fəaliyyət göstərir.

Dövlət və təhsil dindən ayrıdır. Etiqad azadlığı isə konstitusiyada aydın şəkildə təsbit edilib. Müxtəlif dinlərin nümayəndələrinin yaşadığı ölkənin vətəndaşları hər hansı bir zorakılıq və ya dözümsüzlük faktını xatırlamırlar. Burada dünyəvi dövlət və dini tolerantlıq bir-birini tamamlayır.Dəfələrlə Azərbaycana səfər etmiş Urbu ölkəmizin təcrübəsinin bir model olaraq tətbiq edilməsini tövsiyə edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti