Həqiqəti gizlətmək mümkün deyil – Riyaziyyatçı sübut etdi

Həqiqəti gizlətmək mümkün deyil – Riyaziyyatçı sübut etdi
  05 Fevral 2016    Oxunub:28741
Oksford Universitetindən riyaziyyatçı-fizik Devid Qrayms (David Grimes) `konspiroloji nəzəriyyə`lərin doğru ola bilməyəcəyini sübut edib. Onun tənliklərinə əsasən, böyük hadisələrlə bağlı həqiqətlər bir neçə ildən çox xalqdan gizli saxlanıla bilməz.

Tənliklərdə Devid Qrayms 3 amili nəzərə alıb: hansısa gizli layihədə iştirak edənlərin sayı, həqiqətin gizlədilməsindən keçən vaxt və qəsdin ilkin açılma ehtimalı.

Riyaziyyatçı “Puasson paylanmasını” (ehtimalların hesablanmasında istifadə olunan riyazi statistika aləti) real həyati hadisələrə tətbiq edib. Nümunə kimi o, Amerikanın internet istifadəçilərini izləməyi nəzərdə tutan PRİSM gizli layihəsini və Alabama Universitetində sifilislə bağlı keçirilən gizli təcrübələri götürüb. Qeyd edək ki, birinci gizli layihənin 30 min iştirakçısı olub, onun sirri 6 il sonra faş edilib. İkinci layihə üçün bu göstəricilər 6500 nəfər və 25 ildir.

Daha sonra Qrayms tənlikləri məşhur `konspriloji nəzəriyyələrə` tətbiq edib: insanın Aya uçuşu, Qlobal istiləşmə, xərçəngə qarşı dərmanın qəsdən gizlədilməsi və s. Məlum olub ki, məsələn, əgər Aya uçuş yalan olsaydı, bu saxtakarlığı uzağı 3 il 7 ay gizlətmək mümkün idi.

Tənliklərdən məlum olur ki, qəsdin miqyası nə qədər genişdirsə və və layihədə nə qədər çox adam iştirak edirsə, onun açılması da o qədər tez baş verir.

Tariyel
AzVision.az


Teqlər:





Xəbər lenti