“Gənc alimlər üçün də bina tikilsin”

“Gənc alimlər üçün də bina tikilsin”
  10 İyul 2013    Oxunub:1417
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) gənc alimlərin ümumi yığlncağı keçirilib.
AzVision.az-ın məlumatına görə, yığıncağı AMEA Gənclərin İtellektual İnkişaf Mərkəzinin (GİİM) direktoru, fizikia-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov açıb. O bildirib ki, son vaxtlar elmi tədqiqat işlərində məşğul olna gənclərin sayı artıb:

“Prezident İlham Əliyevin fərman və sərəncamları ilə “Azərbaycan Gəncliyi 2011-2015-ci illər” Dövlət Proqramının qəbul edilməsi, Gənclər Fondunun yaradılması və Prezident Mükafatının təsis edilməsi ölkə başçısının müasir gəncliyə və gənc alimlərə diqqətinin bariz nümunəsidir”.

Daha sonra İlqar Orucov gənc alimlərin son 5 ildəki fəaliyyətinə dair hesabatla çıxış edib. O həm də doktorantura və magistratura müddətində oğlanlara hərbi xidmətdən möhlət hüquq verilməsi təşəbbüsünü də irəli sürüb, bunun elmi inkişafı üçün əhəmiyyətli olduğunu deyib.

Sonda İlqar Orucov Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəhbəri Əli Həsənova təklif edib ki, Prezidentin ehtiyat fondundan vəsait ayrılaraq jurnalsitlər üçün bina tikilidiyi kimi gənc alimlər üçün də bina tikilsin.


Fatimə KƏRİMLİ



Teqlər:  





Xəbər lenti