Son 25 ilin ən böyük qatar qəzası

Son 25 ilin ən böyük qatar qəzası
  13 İyul 2013    Oxunub:1228
Fransanın paytaxtı Parisin Esson bölgəsində sərnişin qatarı relsdən çıxaraq qəzaya uğrayıb/
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər həlak olub. Parisdən Limoqesə gedən qatarda 370 nəfər sərnişin olub və onlardan 60 nəfəri yaralanıb. Yaralılardan 22-nin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın səbəbləri sırasında sürət həddini aşma və ya toqquşmanın olmadığı deyilir. Hadisə zamanı qatarın sürəti 150 km/saat olub.

Şahidlər bildirib ki, qıza zamanı qatarda ayaq üstdə gedən sərnişinlər də olub. Bundan başqa hazırda qatarın içində sərnişinin qaldığı da ehtimal olunur.

Hadisə 300 yanğınsöndürən maşın, 20 təcili yardım və 8 helikopter göndərilib.

Qəzadan sonra hadisə yerinə gələn Nəqliyyat Naziri Fredrik Kuvilyer və ölkə prezidenti Fransua Holand araşdırmaların aparıldığını vurğulayıb.

Qeyd edək ki, bu hadisə 1988-ci ildə Parisin Lyon stansiyasında 56 sərnişinin öldüyü qəzadan sonra ən böyük qatar qəzasıdır.

Fatimə KƏRİMLİ



Teqlər:  





Xəbər lenti