ABŞ ilə Azərbaycan arasında proklamasiya qəbul edilib

ABŞ ilə Azərbaycan arasında proklamasiya qəbul edilib
  15 İyul 2013    Oxunub:1530
«ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlığı» tanıyan proklamasiya qəbul edilib
Nyu-York ştatının Baş Assambleyası «Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında strateji tərəfdaşlığı» tanıyan proklamasiya qəbul edib.

Ştatın qanunverici hakimiyyətinin aşağı palatasının üzvləri bu sənəddə 1991-ci ilin oktyabrında Azərbaycanın türk və islam dünyası dövləti kimi müstəqilliyinin bərpa olunması, habelə 1992-ci ildə ölkəmizin müstəqilliyinin Birləşmiş Ştatlar tərəfindən tanınması faktı vurğulayır.

Sənəddə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, ABŞ-ın müttəfiqi kimi Azərbaycanın strateji rolu, o cümlədən Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirakı, Amerikanın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsinə Azərbaycanın töhfəsi, habelə ölkəmizdəki tolerantlıqdan bəhs olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti