Mazut idxalı gömrük rüsumundan azad edildi
Dəyişikliyə əsasən, Azərbaycanın 2016-cı il üzrə yanacaq-enerji balansına uyğun olaraq Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxalı rüsumundan azad edilib.
Bu qərar imzalandığı gündən 30 gün sonra, yəni bu gün qüvvəyə minir və 2017-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.
AzVision.az