Konqresdəki Azərbaycan qrupunda yeni üzvlər

Konqresdəki Azərbaycan qrupunda yeni üzvlər
  24 İyul 2013    Oxunub:1454
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna yeni üzvlər qoşulub
Son günlər ABŞ-ın 113-cü çağırış Konqresində fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupuna yeni konqresmenlərin - Indiana ştatından Luk Messer, Nyu Cersi ştatından Leonarde Lance və Nyu York ştatından Qreqori Miksin qoşulması ilə onun üzvlərinin sayı 49-a çatıb.

Qeyd edək ki, iyulun 15-dən 20-dək Vaşinqtonda səfərdə olan Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Asim Mollazadə səfər çərçivəsində Konqresdə çoxsaylı görüşlər keçiriblər.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti