`Forbes` Azərbaycandan yazdı

`Forbes` Azərbaycandan yazdı
  24 İyul 2013    Oxunub:1746
"Forbes": Azərbaycan müstəqillik əldə etdikdən sonra xeyli inkişaf edib
Hazırda ənənəvi keb-taksilər artıq təkcə Londonun rəmzi deyil. Belə ki, Bakının qonaqları və sakinləri də həmin taksiləri öz şəhərlərinin simvolu hesab edirlər. Xəzərin sahlində yerləşən bu qədim şəhər üçün tünd bənövşəyi rəngli taksilər seçilib. Deyə ABŞ-ın nüfuzlu "Forbes" jurnalı yazır.

Məqalədə deyilir ki, Azərbaycanın ənənəvi yeməkləri rəngarəng və ləzizdir, xalq musiqisi olan muğam qədim ənənələrə malikdir. Muğam dünya mədəniyyətinin incisi kimi YUNESKO-nun himayəsi altındadır.

Dünyada ən yaxşı qara kürü əsasən Azərbaycanda tədarük edilir.

Məqalə müəllifi qeyd edir ki, Bakının küçələrində uzun müddət şütüyən köhnə taksi modellərini əvəzləmək barədə qərar Azərbaycan xalqını sovet dövründəki qeyri-səmərəli idarəetmə, uzun növbələrlə bağlı xatirələrdən uzaqlaşdırdı.

Müəllif yazır: "Ötən il Bakıda "Eurovision" müsabiqəsi planlaşdırılan zaman taksi parkının əvəzlənməsinin vacibliyi barədə qərar qəbul edilmişdi. Hazırda bakılılar öz taksiləri ilə fəxr edirlər".

Bu avtomobillərin Bakıya gətirilməsi Azərbaycanda turist axınının artması ilə üst-üstə düşdü ki, bu da həmin taksilərə üstünlük qazandırdı.

Məqalədə deyilir ki, 2011-ci il Azərbaycanda "Turizm ili" elan edilmişdi və ölkə rəhbərliyi turizmi uzunmüddətli perspektivdə ciddi gəlir mənbəyi qismində nəzərdən keçirir: "Xizək idmanı turizmin inkişafının əsas istiqamətlərindən birinə çevrilir. Məsələn, 2012-ci ildə Azərbaycanda "Şahdağ" kurortu il ərzində fəaliyyət göstərir. Bu kurort gələcəkdə 10 min turisti yerləşdirəcək qədər böyük olacaq".


Müəllif yazır ki, hazırda Azərbaycanda Qafqazda ilk qolf meydançası hazırlanır: "Qolf sahəsi, beynəlxalq turnirlərin keçiriləcəyi dünya standartlarına cavab verən 18 oyuqlu bir sahə olacaq".

Məqalədə deyilir ki, Azərbaycan hökuməti təhsilə də vəsait ayırır: "Bunun ən yaxşı nümunəsi Azərbaycan Diplomatik Akademiyasıdır (ADA). ADA-nın əməkdaş və professorlarının 30 faizi əcnəbidir, tələbələrin 25 faizi isə akademiyaya xaric ölkələrdən gələnlərdir".

Əlbəttə ki, neft sənayesinin vətəni hesab edilən Azərbaycan müstəqillik əldə etdikdən sonra xeyli inkişaf edib.

Məqalədə deyilir: "Ölkənin neft-qaz sənayesi inkişaf edir, Azərbaycan enerji sahəsində innovasiyalara investisiya yatırır, texnoloji innovasiyalar hesabına əldə edilən iqtisadi artım və sabitliyə köklənməyə davam edir. Bütün bunlar ən qabaqcıl infrastrukturun inkişafına və mütəxəssislərin hazırlanması üçün universitetlərin yaradılmasına ehtiyac doğurur".

2013-cü ilin mayında Bakıya səfər edən ABŞ senatoru Riçard Luqar bəyan etmişdi ki, Prezident İlham Əliyev, enerji sahəsindən büdcəyə daxil olan gəlirləri və həmin vəsaitlərin necə xərclənməsini xalqın görə bilməsi üçün şəffaflıq mexanizmini tətbiq edib.


Xəbərin orijinalını buradanoxuyun.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti