`Bu il neftin qiyməti 60 dolları keçməyəcək` - Nazir
"Dohada neft hasilatının müəyyən səviyyədə dondurulması ilə bağlı keçirilən görüşdə heç bir qərarın qəbul olunmamasına baxmayaraq, neftin qiyməti qalxmağa başladı və 49 dollar/bareli keçib. Hesab edirəm ki, qiymət ilin axırına kimi bir az artacaq. Amma bu il neftin qiyməti 60 dollar/bareli keçməyəcək.
Çünki 60 dolar/bareli keçən kimi yenidən başqa proseslər baş verəcək və artıma imkan verməyəcək", - deyə N.Əliyev qeyd edib.
Nazir əlavə edib ki, bu il neftin qiymətinin kəskin sürətdə artımı gözlənilmir. Nazir 2017-ci ildə neftin qiymətinin daha 5-10 dollar bahalaşa biləcəyini hesab edir.
AzVision.az
Teqlər: