Gürcüstanda növbəti qaz kəmərinin açılışı olub

Gürcüstanda növbəti qaz kəmərinin açılışı olub
  26 İyul 2013    Oxunub:1403
Gürcüstanın Tianeti bölgəsinin eyni adlı qəsəbəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə qurumu olan «SOCAR Georgia Gas» şirkəti tərəfindən çəkilən qaz kəmərinin birinci hissəsinin açılışı olub.
ARDNŞ-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mərasimdə Gürcüstanın energetika naziri Kaxi Kaladze və «SOCAR Energy Georgia» MMC-nin baş direktoru Mahir Məmmədov iştirak ediblər.

Tianeti qəsəbəsində hazırkı mərhələdə çəkilmiş 11 km-lik qaz şəbəkəsi 301 potensial abonentin qaz kəmərinə qoşulmasına imkan verəcək. Artıq Mtsxeta-Tianeti rayonu və Şida Kartli regionunda 496,4 km uzunluğunda qaz şəbəkəsi çəkilib, 16 500 abonent qazla təmin olunub. İlin sonuna kimi şəbəkənin 625 km məsafədə uzadılması nəzərdə tutulur ki, bu, daha 20 872 abonentin qazla təchizatı üçün şərait yaradacaq.

Qeyd edək ki, 2009-2012-ci illərdə həyata keçirilən investisiya proqramı çərçivəsində «SOCAR Georgia Gas» şirkəti tərəfindən Gürcüstanda 3 000 km uzunluğunda qaz xətləri çəkilib və 166 091 abonent qazla təmin olunub.


Teqlər:





Xəbər lenti