FED-in qərarı manata da təsir edəcək
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu yaxınlarda jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə güclü təsir etməyəcək.
Baş bankirin sözlərinə görə, FED-in qərarı manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor deyil.
İqtisadçı deputat Vahid Əhmədov hesab edir ki, manatın məzənnəsinin dəyişməsi neftlə bağlıdır. Millət vəkilinin sözlərinə görə, neftin qiyməti 50 dollardan aşağı düşərsə, bu birbaşa manata təsir edəcək.
“Əgər FED tərəfindən dolların uçot dərəcəsində dəyişiklik olacaqsa, bu neftin qiymətinə də təsir edəcək. Həmçinin artım bütün ölkələrin valyutalarında hiss olunacaq. FED-in qərarının manata tamamilə təsiri olmayacaq demək yalnışdır. Manat faktiki olaraq öz real dəyərini almayıb. Onun hazırki qiyməti bazar dəyərində deyil. Bu baxımdan manat gec-tez öz dəqiq dəyərini almalıdır”.
Anar Kəlbiyev
AzVision.az