İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təlim keçirir
İştirak haqqı nəzərdə tutulmayan təlim dövlət və biznes qurumlarının strateji idarəetmə üzrə yüksək vəzifəli rəsmiləri üçün nəzərdə tutulub.
Təlimin tədrisi Harvard Universitetinin məzunu və bu sahədə tanınmış ekspert Sinan Köksoy tərəfindən aparılır. Təlimin modulu uzun müddətli strategiya əsasında bizneslər və layihələri ehtiyatla idarə etmək üçün praktiki yanaşmalar və çərçivələr, strateji təhlil və korporativ planlaşdırmada iştirakçılara yüksək səviyyədə biliklərin tədrisi üçün nəzərdə tutulub. Modulun sonunda, iştirakçılar alternativ həll yollarını müəyyən etmək, təhlil və təklif etmək, biznes strategiyası barədə qərarlar verə bilmək üçün praktiki biliklərə malik olacaqlar.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli fərmanı əsasında ölkədə iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılıb.
Əlavə məlumat almaq üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə muraciət edə bilərsiniz.
Tel: Vüsalə Cəfərova 00994 50 357 22 76
Teqlər: