Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Mir Cəlal oğlu Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) "Fəxri Qızıl Nişanı" fərqlənmə nişanı və Diplomu ilə təltif olunub.
AzVision.az xəbər verir ki, Akademik Arif Paşayev bu mükafata Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının qərarı ilə akademiyanın işində xüsusi fəaliyyətinə və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.