İŞİD terror təşkilatı deyil – Sahib Alıyev yazır

İŞİD terror təşkilatı deyil – Sahib Alıyev yazır
  13 İyun 2016    Oxunub:8259
ABŞ-ın Orlando şəhərində baş verən terror aktını "dəhşətli" adlandırırlar. Bilmirəm niyə. Bu qəbildən olan hadisələr artıq adiləşib, daha dəqiqi, adiləşdiriblər axı. Ən azından, Yaxın Şərqdə hər gün oxşar olaylar baş verir və kimsə onu dəhşətli terror saymır. Bütün bunlara sıradan bir olay, hətta az qala orada gedən "demokratikləşmə" prosesinin bir elementi kimi yanaşılır.

Orlandodakı terroru kimin törətdiyi, kimin adından törədildiyi və yaxud da onu hansı şəbəkənin öz üzərinə götürməsi aysberqin görünən, lap dəqiqi göstərilən tərəfidir.

İŞİD deyir, “Bu terroru da mən törətmişəm”. İŞİD qələt edir. İŞİD törətməyib, ona törətdiriblər. İslamı gözdən salmaq, Yaxın Şərqdə baş verənlərə haqq qazandırmaq, gələcəkdə oradakı xaosu daha da böyütmək üçün.

Çörçilin bir fikri vardı, deyirdi ki, müharibə son dərcə önəmli məsələ olduğundan, mən onun taleyini hərbiçilərə tapşıra bilmərəm. Terror nədir - döyüş əməliyyatı. Sadəcə əsl döyüşdən bunun fərqi və onu yerinə yetrənlərin yaramazlığı ondadır ki, birincidə hədəf hərbiçilər, hərbi obyektlər, ikincidə idə adətən dinc adamlar olur. Terror daha məkrli, mürəkkəb və qorxulu geosiyasi əməliyyat halına gətirildiyindən Çörçilin sözü olmasın, onu harada və necə reallaşdırmaq lazım gəldiyi İŞİD-çilərə buraxıla bilməz. Onlar heç kimdir.

Qərbdə kimdən soruşsan ki, “İŞİD nədir, kimdir”, cavabı " terorrçudur, müsəlmandır"olacaq. Bu günlər daha çox amerikalı əmin olmağa başladı ki, "Terrorçu müsəlmanlara" nə etsən, azdır. Onların qabağı alınmasa, indikindən də daha pis vəziyyətə salınmasalar, gəlib amerikalılara necə yaşamalı olduqlarını diqtə edəcəklər.Bəli, necə yaşamalı olduqlarını.



Fikir verirsinizmi, İŞİD deyilən nəsnə terroru hansısa bir hərbi bazadansa cinsi azlıqların təmsilçilərinin yığıldığı gecə klubunda törədir. Bu guya düşmən gözündə gördükləri Amerikadan öc almaq deyil, amerikalılara meydan oxumaqdır. "Siz öz istəqiyiniz kimi yox, bizim düşüncəmizə uyğun yaşamalısınız" deməkdir. Kim bunu həzm edər? Heç kim.

Bax, İŞİD-in də əsl mahiyyəti və niyə yaradıldığı bu zaman üzə çıxır. İŞİD-i arada mən də terror təşkilatı adlandırıram. Əslində bu, yanılış yanaşmadır. İŞİD terror təşkilatı deyil. Təşkilat ağılı başında olanların toplaşdıqları hər hansı bir quruma deyilir. İŞİD terror alətidir. Bu alətdən faydalanılıb müsəlmanların kökünü kəsməyə çalşırlar.

Başqa cür deməli olsaq, İŞİD sosial eboladır. Təhlükəlidir, ancaq o öz-özünə yaranmayıb, yaradılıb. Allahın bəlası deyil, əksinə içində Allah sevgisi olanları qırıb-çatmaq üçündür. Ebola kimi onun da peyvəndi bu sosial virusu yaradanların özündədir. Necə ki Afrikada arada bir əhalini ebolaya qarşı peyvəndləyirlər, eləcə də guya İŞİD-i də zərərsizləşdriməyə qalxırlar. Havadan başlarına bomba salırlar. Çox zaman isə havadan bomba deyil də, onlara silah və hərbi texnika dolu konteynerlər atırlar. Həqiqət budur.

Amerikanın gələcək prezidenti olmaq istəyən və milyonlarla soydaşı tərəfindən dəstəklənən Donald Trampın Orlandodakı olaydan sonra daha yüksək səslə müsəlmanların ölkəsinə girişinə qadağa qoymaq çağırışı əslində böyük humanistlikdir. İŞİD və ona bənzər terror alətlərini yaradıb Yaxın Şərqin canına salanların planı daha amansızdır. Onlar müsəlmanların qərbə yolunu kəsməkdən çox onları məhv etmək haqqında düşünürlər. Elə məhv edirlər də. İŞİD kimi terror aləti, yaxud da virusu yaradıb üzərimizə saldırmaq və dindaşlarımızı ona yoluxdurmaqla.

Düzdür, arada Orlandadakına bənzər "rikoşetlər" də olur. Ancaq bunların çoxu bilərəkdən edilir. Bayaq da vurğuladığımız kimi çünki "rikoşet"lərsiz "proses"in davam etdirilməsi və genişləndirilməsi mümkünsüzdür. Olmalıdır...


Teqlər:  





Xəbər lenti