Nobel laureatı Bakıya gəlir

Nobel laureatı Bakıya gəlir
  17 İyun 2016    Oxunub:2600
İyunun 18-də Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunus Bakıya gələcək.
AzVision.az xəbər verir ki, nobel mükafatçısı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü, ADA və İqtisad Universitetlərinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində ölkəmizə gələcək.

Məhəmməd Yunusun ölkəmizdə bir sıra görüşləri nəzərdə tutulur. Nobel mükafatçısı ilk olaraq ADA Universitetində məruzə ilə çıxış edəcək. Daha sonra Məhəmməd Yunusun İqtisad Universitetində mühazirə oxuması gözlənilir. Həmçinin nobel mükafatçısının müəllifi olduğu, Azərbaycan dilinə tərcümə edilmiş “Kasıbların bankiri” (The Banker to the Poor) kitabının təqdimat mərasimi keçiriləcək.

Mərasimdə professor Məhəmməd Yunusa BAMF-ın ali mükafatı təqdim olunacaq. Bu ali mükafat indiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyova təqdim olunub.

Xatırladaq ki, 2006-cı ildə Məhəmməd Yunus və onun rəhbərlik etdiyi Qramen Bankı Nobel Sülh Mükafatına layiq görülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti