8 polis öldü

8 polis öldü
  29 İyul 2013    Oxunub:1709
İraqın şimalındakı Tuzhurmatu əyalətində törədilmiş silahlı hücum nəticəsində 8 polis həlak olub, 4-ü yaralanıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, terror aktı minalanmış maşının havaya uçurulmasıyla həyata kemirilib. Dərhal hadisə yerinə gələn təhlükəsizlik əməkdaşları 2-ci partlayış təhlükəsini nəzərə alaraq, ətrafda təhlükəszilik tədbirlərini gücləndirib.

Bildirilir ki, son günlər ölkədə silahlı hücumların artmasına səbəbkarları həbsxanalardan qaçan məhkumlardır. Onların bir çoxu "Əl-Qaidə" terror təşkilatının üzvləridir. Guman olunur ki, partlayışların bir çoxunu məhz həmin silahlılar törədir.


Teqlər:





Xəbər lenti