Yol Polisindən sürücülərə xəbərdarlıq

Yol Polisindən sürücülərə xəbərdarlıq
  30 İyul 2013    Oxunub:1319
Dayanma qaydalarını pozanlar ciddi cəzəlandırılacaq
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarə bildirib ki, son dövrlərdə paytaxtda tıxacların qarşısının alınması, avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakıda bir neçə yeraltı avtomobil duracağı yaradılaraq sürücülərin və avtomobil sahiblərinin istifadəsinə verilib.

Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi yeraltı duracaqların yerləşdiyi ərazilərdə, xüsusilə Azərbaycan, Azadlıq, Bülbül, Zərifə Əliyeva, Neftçilər prospekti, İstiqlaliyyət, Əziz Əliyev, Füzuli, Mirzəağa Əliyev, 28 May, Nizami, Xəqani, Səməd Vurğun, Rəşid Behbudov və paytaxtın digər mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrini yolun hərəkət hissəsində parklayan, eləcə də avtomobilləri səkilərdə saxlamaqla piyadaların normal hərəkətini çətinləşdirən sürücüləri bu duracaqlardan istifadə etməyə çağırır.

Dayanma, durma və parklanma qaydalarını pozmaqla nəqliyyat vasitələrinin, xüsusilə piyadaların rahat və fasiləsiz hərəkətinə mane olan avtomobil sürücülərinin bir daha nəzərinə çatdırılır ki, bu qaydaların tələblərini pozan sürücülərin avtomobilləri təxliyyə olunmaqla barələrində ciddi inzibati tənbeh tədbirləri görüləcək.


Teqlər:





Xəbər lenti