TAP-ın müqaviləsi imzalandı

 TAP-ın müqaviləsi imzalandı
  30 İyul 2013    Oxunub:2873
İyulun 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Trans Adriatik (TAP) boru kəməri layihəsində iştirakını təmin etmək məqsədilə İsveçrənin Sürix şəhərində ARDNŞ ilə “TAP AG” şirkətinin hazırki səhmdarları arasında səhmlərin alqı-satqısı barədə müqavilənin imzalanması mərasimi keçirilib.

Mərasim zamanı həmçinin ARDNŞ, PEG, AXPO, BP, Fluxys, Total və Statoil şirkətləri arasında “TAP AG” şirkətinin yeni səhmdarlar müqaviləsi imzalanıb.
Bununla da ARDNŞ-nin TAP boru kəməri layihəsinə qoşulması rəsmiləşdirilib.
Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq təbii qazın Avropa bazarlarına nəql edilməsi TAP boru kəməri vasitəsilə həyata keçiriləcək. Boru kəməri Yunanıstan və Albaniya ərazilərindən, habelə Adriatik dənizindən keçərək Cənubi İtaliya sahilinə qədər uzanacaq.

TAP boru kəməri Azərbaycanı və Xəzər dənizi regionunda qaz istehsalçılarını Avropa ilə birbaşa birləşdirən “Cənubi Qaz Dəhlizi”ni açacaq və yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti