`Palmali`: `Bizi batırmaq qeyri-mümkündür`

`Palmali`: `Bizi batırmaq qeyri-mümkündür`
  30 İyul 2013    Oxunub:1680
Mətbuatda “Palmali”şirkətlər qrupunun investisiyalarının Azərbaycandan çıxarılması, “Palsüd”ün iflasa uğraması ilə bağlı xəbər yayılıb.
Xəbərlə bağlı “Palmali” şirkətlər qrupunun vitse-prezidenti İbrahim Nəbioğlu açıqlama verib: “Palsüd”ü batırmaq qeyri-mümkündür. Bu xəbərlərin hamısı gülməlidir. Çünki, “Palsüd”ün arxasında “Palmali”kimi nəhəng şirkət dayanır. “Palmali” şirkətlər qrupunun bir adı da dənizlərin hökmranıdır. Bu xəbərləri yalanlamaqla yanaşı, gülünc olduğunu deyə bilərəm.

“Palmali”şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov dəfələrlə açıqlama verib ki, biz heç kimik. Əsas Azərbaycan xalqı və Azərbaycan xalqının iqtisadi maraqlarıdır. “Palsüd”də Azərbaycan xalqının iqtisadi mənfəətinə xidmət edir.

Təxminən 4 ay əvvəl Lənkəranda idarəetmədə dəyişiklik həyata keçirdik. Həm mən, həm də Mübariz Mənsimov dəfələrlə bununla bağlı açıqlama vermişik ki, Lənkəranda fəaliyyətimizi genişləndirmək planlarımız var. Bu bazarda biz varıq, nəinki çıxmaq bazarın ən önəmli oyunçularından olmağa çalışırıq.

Faiz etibarilə götürsək, bazarda böyük paya sahibik. Yəqin ki, bu da bizim rəqiblərimizi, bizi istəməyənləri qıcıqlandırır. Amma açıq şəkildə bəyan edirik ki, Azərbaycan bazarındakı payımızı nəinki azaltmaq, əksinə artırmağı düşünürük”.


Teqlər:  





Xəbər lenti