ABŞ-ın iqlimi və beyinləri idarə edən gizli silahı – DOSYE

ABŞ-ın iqlimi və beyinləri idarə edən gizli silahı – DOSYE
  15 İyul 2016    Oxunub:44396
Zbiqnev Bzejinski Kolumbiya universitetində professor olaraq çalışdığı vaxtlarda yazdığı bir kitabda belə deyir: "Siyasi strateqlərə insan psixologiyasını idarə etmək üçün aparılan araşdırmaların nəticələri lazımdır”.

Goefizik Qordon Makdonald yazır: "Süni yaradılan elektron dalğalarla dünyanın bəlli bölgələrində insanların beyin neyronlarına təsir edərək, kütləni yönəltmək mümkündür. Belə bir texnologiya yəqin ki, bir neçə onillik ərzində reallaşacaq".


Qısa adı HAARP (High Frequency Active Auroral Research Program) olan qurğu Alyaskada yerləşir və rəsmi məqsədi ionesfer qatının özəllik və davranışlarını araşdırmaqdır. İdeyanı ilk dəfə serb əsilli Amerika alimi Nikola Tesla irəli sürüb. Tesla insanların atmosferi idarə edə bilmə gücünə sahib olduğuna inanırdı.

HAARP Pentaqonun idarəçiliyində olan və ABŞ ordusuna xidmət edən önəmli bir projedir. HAARP-ın Alyaskadakı mərkəzində ionosferə yüksək tezlikli (10 MgHz) radio siqnallar göndərə bilən çoxlu antenna yerləşir. Antennalar idarə oluna və dəqiq bir nöqtəyə tuşlana bilir. Hazırda HAARP 4,7 giqavat “effective radiated power” (ERP) gücə malikdir.

HAARP-ın digər adı iqlim silahıdır. Deyilənə görə, ABŞ bu iqlim silahını daha çox Rusiya üzərində sınaqdan keçirdir. HAARP rəsmən 1997-ci ildən etibarən ABŞ silahlı qüvvələri, dəniz qüvvələri və Alyaska universitetinin idarəçiliyi altında fəaliyyətə başlayıb. 22 metrlik ölçüdə olan 180 antennadan ibarətdir, 14 hektar ərazini əhatə edir.

HAARP seçilmiş bir bölgə üzərinə Günəşdən min dəfə çox enerji göndərmək gücünə sahibdir və ekspertlərin fikrincə, həmin ərazi üzərində mikrodalğalı soba effekti yarada bilir. Faktlar sübut edir ki, HAARP işə başladığı gündən dünyanın müxtəlif nöqtələrində iqlim dəyişikliyi, anomal hava şəraiti hökm sürür. Qar yağmalı yerlərdə kəsgin istilər hökm sürür, isti iqlimi olan ərazilərdə isə soyuq, qar müşahidə olunur.



Bu layihənin idarəçilərindən biri olan Con Hekşerə görə, HAARP nəhəng bir antenna olaraq ionesferi idarə edə bilmək məqsədilə, daha dəqiqi, ionesfer qatını isitmək üçün istifadə olunan bir alətdir. Amma amerikalı bəzi elm adamları HAARP-a qarşı çıxırlar. Onların fikrincə, HAARP elə bir güc halına gələ bilər ki, bütün dünyaya hakim olmağa imkan verər. Təbii ki, bu da dünyada fəlakətlərə səbəb olar.

Layihəyə qarşı çıxan eksperlərdən biri, HAARP-ı yaxından tanıyan geofizik Prof. Qordon Makdonald qeyd edir ki, sözügedən qurğu bunları etmək gücündədir:

1) İqlimi dəyişə bilir
2) Qütblərdəki buzlaqları əridə, quruluşunda dəyişiklik edə bilər
3) Ozon təbəqəsinə müdaxilə edə bilər
4) Zəlzələ yarada bilər
5) Okean dalğalarını idarə edə bilər
6) Dünyanın enerji nöqtələrini idarə edərək insan beyninə təsir edə bilər
7) Radiyasiya yaymayan termonüvə partlayış yarada bilər

Bunlarla yanaşı, HAARP istənilən bölgənin üzərndəki ionesfer qatını hərəkətə gətirərək, ora ilə bağlantını tamamilə kəsə bilmək qüvvəsinə malikdir.

İnsan beyninin idarə olunması

Tədqiqatçı Dr. Nik Begic və Jan Maninq tərəfindən aparılan araşdırmalara görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus sənədlərdə insan zehnini manipulyasiya etmək və dəyişdirmək kimi ağılasığmaz işlərin HAARP vasitəsi ilə gizli şəkildə görüldüyü öz təsdiqini tapıb.

Bu projenin insan səhhətinə, psixologiyasına təsiri haqqında faktlar tanınmış politoloq Zbiqnev Bzejinskinin, eləcə də geofizik, həm də konfliktoloq kimi də tanınan məşhur elm adamı Qordon Makdonaldın 1966-cı ildən bəri yazdığı məqalələrdə əksini tapıb.

1970-ci illərdə yazdığı məqaləsində Bzejinski açıq-aşkar işarə edir ki, texnologiyaya bağlı, rahat idarə olunan və texnolgoyanın əsirinə çevrilmiş bir toplum yaranacaq. Və bu insan kütləsi də müəyyən qüvvələr tərəfindən idarə olunacaq.

HAARP ABŞ-a bu kimi imkanları qazandırır: güclü iqlim silahına sahib olmaq, geniş kütlənin düşüncə və ruhi vəziyyətinə nəzarət etmək, öz kommunikasiya sistemini təkmilləşdirib, əvəzində istənilən ölkənin kommunikasiya şəbəkəsini çökdürmək.

Hərbi dairələrin ixtiyarında olan HAARP barədə ictimaiyyətə açıqlanma verilmir. Bu layihənin sirrlərini açan istənilən reportajın hazırlanması 2010-2011-ci illərdən etibarən ABŞ-da qanunla qadağan olunub.

ABŞ Konqresinə məxsus, 1996-cı illə aid sənədlərdə qeyd olunur ki, HAARP ionesferə göndərilən siqnallar vasitəsilə dünyanı idarə etmək yollarını sınaqdan keçirir. Konqres bu işi reallaşdırmaq üçün 1996-cı ildə 15 milyon dollar vəsait ayırmışdı.

Hava nəqliyyatına, istər hərbi qırıcı, istər sərnişin, istərsə də pilotsuz təyyarələrin iş sisteminə müdaxilə etməyi də bacaran HAARP-ın bu özəlliyini mütəxəssislər getdikcə təkmilləşdirirlər.

Birləşmiş Ştatların eks-prezidenti Corc Buş "Yeni dünya düzəni"ni elan edərkən, yəqin ki, Amerikanın sahib olduğu HAARP və bu qəbildən olan qlobal silahları da nəzərdə tuturdu.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti