`Space`dən qaradərili aparıcı ilə bağlı Açıqlama
Telekanal rəsmisinin fikrincə, qaradərili xanımın hava xəbərləri aparması əcnəbilərdə Azərbaycan dilinə maraq oyatmaq məqsədi daşıyır.
“Keniya vətəndaşı Tendai Şereni “Xəzər” Universitetində oxuyur. Biz məsləhətə gəldik ki, əcnəbi tələbələrdə Azərbaycan dilinə maraq oyatmaq və dili yaxşı öyrətmək üçün belə layihə həyata keçirək. Layihəmiz ilk gündən uğurlu alındı”.
İcraçı direktor Şereninin Azərbaycan dilində səlis danışması üçün bir neçə həftə vaxt lazım olduğunu vurğulayıb.
“Bu istiqamətdə iş gedir, onun dil bilikləri, nitqi təkmilləşdirilir. Düşünürəm ki, bir həftə ərzində daha mükəmməl çıxış edə biləcək. İlk addım atılıb, uğurlu alınarsa, digər layihələr də həyata keçirməyi düşünürük”.
Aytən Zəhra
AzVision.az