Bakıda logistika və ticarət məsələləri müzakirə edilib
Qeyd edilib ki, logistika və ticarət sahəsində strateji baxış rəqabət, iqtisadi təhlükəsizlik və sosial məsələləri əhatə etməlidir. Bu sahənin ÜDM-ə təsiri və yeni iş yerlərinin yaradılması ilə bağlı töhfəsi vurğulanıb. Strateji yol xəitəsində Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində həyata keçirilə bilən təşəbbüslər müzakirə edilib. Xüsusilə, yol xərclərinin azalması, vaxt itkisinin qarşısının alınması, etibarlılığın yüksəldilməsi və əlavə dəyərin yaradılması ilə bağlı təkliflər səsləndirilib.
Yekunda bütün təkliflər sistemləşdirilərək “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədi üzrə işçi qrupuna təqdim olunacaq.
AzVision.az