Azərbaycan dənizçiləri “Dəniz kuboku” müsabiqəsində - Video
“Dəniz kuboku - 2016” beynəlxalq müsabiqənin birinci mərhələsinin gedişatında Rusiya, Qazaxıstan və Azərbaycanın hərbi dəniz qüvvələri Xəzər dənizi poliqonunda hava və dəniz hədəflərinə göyərtə komplekslərindən artilleriya atəşləri həyata keçirmək üzrə tapşırıqlar yerinə yetiriblər”, - Rusiya Müdafiə Nazirliyinin HDQ üzrə mətbuat xidməti və informasiya idarəsinin nümayəndəsi, birinci dərəcəli kapitan İqro Dığalo bildirib.
Onun sözlərinə görə, artilleriya atəşlərinin iştirakçıları Rusiyanın Xəzər HDD “Uqliç” gəmisi, Azərbaycan HDQ patrul-qarovul gəmisi “G-14” Qazaxıstanın HDQ “Oral” raket-artilleriya gəmisi olub.
“Gəmilər təyin olunmuş rayona gələrək, ilkin olaraq hava hədəflərinə atəşi yerinə yetiriblər. Onlar bu zaman hədəfi zəbt, hədəfalmanın qəbulu və ötürülməsi, daha sonra isə dəniz hədəfinə atəş üzrə tapşırığı yerinə yetiriblər”, - Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi deyib.
Beynəlxalq müsabiqənin rəhbəri Rusiya HDD hərbi hazırlıq İdarəsinin rəisi kontr-admiral Viktor Koçemazov qeyd edib ki, Rusiya, Qazaxıstan və Azərbaycan dənizçiləri qarşısında “Dəniz kuboku - 2016” müsabiqəsinin müddəaları ilə müəyyən edilmiş çətin tapşırıqlar dururdu.
Eldar Tanrıverdiyev