Mərkəzi Bankın son qərarı manata necə təsir edəcək?
Belədə yeganə çıxış yolu təbii ki, ondan ibarətdir ki, dövriyyədə manat kütləsi məhdudlaşdırılsın, və yaxud da elə edilsin ki, banklar tərəfindən ondan, yəni AMB-dən alınan manat həcmi valyuta bazarına çıxarılaraq Neft Fondu tərəfindən təklif olunan dollarlara dəyişdirilməsin... Yəni, bu sərfəli olmasın. Bunun açarı rolunu isə uçot dərəcəsinin qaldırılması təşkil edir.
AMB-in uçot dərəcəsi sadə dillə desək, ölkənin kommersiya banklarına verilən manat kütləsinin "qiymətidir"... Belə ki, banklar xarici valyutanı hərraclardan ARDNF-dan alırlarsa, manatı isə AMB-dən kreditlər şəklində götürürlər. Hansı ki, buna mərkəzi kreditlər deyilir.
Təsadüfi deyildir ki, sözügedən qurumdan verilən açıqlamaya əsasən də, uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədi daşıdığı deyilir.
Hesab edirəm ki, AMB-in məlum qərarı, yəni gələn həftədən etibarən, uçot dərəcəsinin 7 %-dən 9,5 %-ə qaldırılması milli valyutamızın ABŞ dolları qarşısında cüzi də olsa, dayanıqlıq əldə etməsinə yardım edəcək.. İlin sonunadək bu siyasət davam etdirilməlidir...
Pərviz Heydərov
AzVision.az üçün
Teqlər: