«Unileasing» istiqrazların yerləşdirilməsinə start verdi

«Unileasing» istiqrazların yerləşdirilməsinə start verdi
  05 Avqust 2013    Oxunub:1522
Yerləşdiriləcək istiqrazların nominal dəyəri 1 000 manatdır.
Bu gündən etibarən Azərbaycanın lizinq şirkəti «Unileasing» 4 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlayacaq. Bu barədə AzVision.az Bakı Fond Birjasına( BFB) istinadən məlumat verir.

Məlumata görə, “Unileasing-in təminatsız istiqrazları BFB-nin kotirovka vərəqəsinə daxil deyil. Avqust 5-dən etibarən istiqrazların yerləşdirilməsi başlanır. Yerləşdiriləcək iİstiqrazların sayı 4 000 ədəd, bir istiqrazın nominal dəyəri 1 000 manat, emissiyanın ümumi həcmi isə 4 mln. manat təşkil edir. Bununla yanaşı, istiqrazların tədavül müddəti 12 ay, faiz dərəcəsi isə illik 10,5%-dir. Anderrayter LLC "Unicapital" dir.

Istiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

5 avqust olan rəsmi məzənnə isə 0.7845 manat / $ 1 –dır.

S. Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti